3 Oktyabr, 2014
ABŞ-ın dövlət xadiminə Azərbaycanda medal verildi

Amerika Birləşmiş Ştatlarının məşhur dövlət xadimi, beynəlxalq münasibətlər üzrə ekspert Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən Simsar.az-a verilən məlumata görə, mükafatı təşkilatın adından mərkəzin baş katibi Rövşən Muradov təqdim edib. Nyu Yorkda keçirilən təqdimat zamanı 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq müzakirə olunub.

H. Kissencer ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. Hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!