3 Oktyabr, 2014
Malta Turizm İnstutunun təsisçisi Azərbaycan Turizm İnstutunda

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Malta Turizm İnstitutunun təsisçisi və rektoru Mark Ransley Azərbaycan Turizm İnstitutunda (ATİ) olub.

ATİ-nin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, görüşdə bu ali təhsil ocağının tədris işləri üzrə prorektoru Eldar Aslanov, tədris şöbəsinin müdiri Nərminə Abdullayeva və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ATİ-nin yaranma tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri və tədrisin Avropa standartlarına uyğun təşkilindən söz açıblar.

Görüşdə ATİ ilə Malta Turizm İnstitutu arasında əməkdaşlığın əhəmiyyəti və inkişaf istiqamətləri geniş müzakirə predmeti olub. Bildirilib ki, Malta Turizm İnstitutu tərəfindən təşkil edilən yay məktəblərində ATİ-nin tələbələrinin iştirakı iki ali təhsil ocağı arasında səmərəli əlaqələrin başlanğıc mərhələsi sayıla bilər.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!