3 Oktyabr, 2014
Hacı Şahin: “Zəvvarlarımız ərafat çölündədirlər, sabah qurban kəsiləcək” – Məkkədən bağlantı - ÖZƏL

Müqəddəs torpaqlarda həcc ziyarətində olan zəvvarlarımız, qurban bayramını sabah qeyd edəcəklər. Bunu Simsar.az-a Məkkə şəhərindən, Azərbaycanlı zəvvarların rəhbəri Hacı Şahin Həsənli deyib.

Hacı bildirib ki, zəvvarlarımız hazırda ərafat çölündədirlər: “Bu gün axşama qədər orda qalacayıq. Axşam Müzdəlifə adlanan yerə gedəcəyik. Gecəni orda keçirdikdən sonra, sabah Minaya yollanacağıq. Səhər saatlarında şeytanı simvolizə edən sütun daşlanacaq, daha sonra isə qurban kəsəcəyik”.

Zəvvarlarımızın qurban kəsildikdən sonra təraş olunaraq ehram libasından çıxacağını deyən hacı, hər kəsin əhval ruhiyyəsinin yüksək səviyyədə olduğunu bildirib: “Zəvvarların səhhətlərində də heç bir problem yoxdur. Istidən kiminsə halı pisləşsə, tibbi briqada həmən müdaxilə edir”.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!