3 Oktyabr, 2014
AMEA şərt qoydu – “Ya alimlik, ya müəllimlik”

Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlərə ikili fəaliyyətlə məşğul olmalarına məhdudiyyət qoyulub. Simsar.az-ın əldə etdiyi məlumata görə, Akademiyanın rəhbərliyindən alimlərə həm Ali təhsil müəssisələrində müəllimlik etmək, həm də Akademiyada işləməyə icazə verilmir. Yəni, bundan sonra hər-hansı Universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olacaq alim Akademiyadakı statusundan məhrum olacaq.

Məsələ ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynovun fikirlərini öyrəndik. Rəsmi Simsar.az-a açıqlmasında bunları dedi: “Akademiyada bununla bağlı rəsmi qərar verilməyib. Dediyiniz məsələ ilə bağlı şöbəyə rəsmi məlumat daxil olmayıb”.

Xatırladaq ki, AMEA prezidenti Akif Əlizadə bir neçə ay qabaq açıqlamasında alimlərin məvacibi məsələsinə toxunmuşdu və məvacibin artırılmasına ehtiyyac olmadığını bildirmişdi. Rəsminin sözlərinə görə, bu məsələ indi çox da vacib deyil.

Hazırda bu məsələ qüvvəyə minərsə, məvacibin artmayacağı təqdirdə bunun necə effekt verəcəyini qabaqcadan təyin etmək heç də çətin deyil.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!