3 Oktyabr, 2014
Beynəlxalq Multikulturalizm Mərkəzinə icraçı direktor təyin edildi

Azərbaycanda yeni yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icraçı direktor təyin edilib.

APA-nın xəbərinə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini dilçi alim, professor Azad Məmmədov icra edəcək. Azad Məmmədov Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasına rəhbərlik edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət başçısının 15 may 2014-cü il tarixli fərmanı ilə yaradılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!