3 Oktyabr, 2014
“İnformasiya sızdıran mənbə etibarsızdır” – Vurğun Əyyub

Müsavat Partiyasının başqanlığı uğrunda gedən mübarizədən 28 səs azlığı ilə Arif Hacılıya məğlub olaraq ayrılan Qubad İbadoğlu və onun tərəfdarı, keçmiş başqan müavini Vurğun Əyyubun partiya yaratmaq istəyinə düşmələri ilə bağlı ölkə mətbuatında söz-söhbət dolaşmaqdadır.

Simsar.az məsələ ilə bağlı Vurğun Əyyubla əlaqə saxlayaraq, yayılan informasiyananın yalnış və ya düzgün olduğunu öyrənib.

Yayılan informasiyadan xəbərsiz olduğunu deyən sabiq başqan müavini bildirib ki, mətbuata bu cür informasiyanı sızdıran mənbə olduqca etibarsızdır.

V. Əyyub partiyanın rəhbər strukturlarında təmsil olunmaq ehtimalından da danışıb: “Müsavat Partiyasının hər hansı bir icra orqanında iştirak etmək niyyətim yoxdur”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!