3 Oktyabr, 2014
Bu gün Dünya Gülümsəmə Günüdür

Amerikalı  reklam meneceri Harvey Ball, 1963- cü ildə bir müştərisi üçün məhşur “Smiley”, yəni gülümsəmə ikonasını hazırlayır. Bu ikona, dünya miqyasında xoşbəxtlik və yaxşı niyyət simvoluna çevirilir. Elə bu səbəblə də 1999- cu ildən bəri Oktyabr ın ilk Cüməsi, Dünya Gülümsəmə Günü kimi qeyd edilməyə başlayır.

Hər üç insandan biri gülüşünə güvənmir

Aparılan araşdırmaya görə hər üç insandan biri gülüşünə güvənmir. Səbəb isə hər üç adamdan biri gündə bir dəfə belə dişlərini fırçalamaır.  Dişlərini gündə bir dəfə belə fırçalamayan ölkədə, gülüşünə güvənməyənlərin əksəriyyəti dişlərini bəyənmədiyi, yaxud da  gülümsəmənin özlərinə yaraşmadığını düşünür.

Araşdırmalara görə günümüzdə 80-ci və 90-cı illərə görə daha az gülümsəyib, daha az gülümsədirik. Elektron çağ olsa da hələ də özümüzü ailə və dost mühitində daha xoşbəxt hiss edirik. Müşahidələr də onu göstərir ki, ən çox ailə arası söhbətlərə gülürük.

Gülümsəməsi ən çox bəyənilən əcnəbilər

Dünyaca məhşur maniken Adriana Lima, bəyaz dişləri və möhtəşəm gülümsəməsi ilə hər kəsi heyran qoyan Culia Roberts, xarizmatik aktyor Bred Pit, “Mavi Ay” serialından tanıyıb sevdiyimiz aktyor Brus Vilis, hər yaşda bir çox qadın pərəstişkarı olan Corc Kloney. Hamısının ortaq tərəfi sağlam bəyaz dişləri ilə gülümsəmələridir.

İnternetdə güldürməyi və gülməyi sevirik

Gülüş doğuran kadrlar paylaşmağı sevirik. Sevdiklərimizi gülümsətməkdən zövq alırıq. İnternetdən istifadə edənlərin əksəriyyəti dşündürən deyil, güldürən videolar, karikaturalar və fotolar paylaşmağı sevdiyini deyir.

Deyirlər dünyanı gözəllik xilas edəcək. Amma mən belə düşünürəm ki, bu dünyanı xilas etsə, ancaq təbəssüm və xoş davranış xilas edəcək. Məşhur mahnıda da deyildiyi kimi:

“Yazıq o şəxsə ki, qara qabaqdır

Nə gözəl yaraşır insana gülmək”

Gülümsəyin cənablar

Günel Musa


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!