2 Oktyabr, 2014
Təyyarə quşlarla toqquşdu - FOTO

Rusiyada Tümen aeroportunda "Yamal" aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi uçuş vaxtı quş sürüsü ilə toqquşub.

Simsar.az-ın məlumatına görə, Tümenin Roşino aeroportuna eniş edən təyyarədə ciddi zədələr aşkarlanmayıb. Pilotlar uçuşu davam etdirib. Ancaq enmədən sonra təyyarənin sağ mühərrikinin elementlərində zədə aşkar edilib.

"Roşino hava limanında uçuşların ixtisaslaşdırılmış ornitoloji təminatı olmaması səbəbindən, hava gəmisinin sərnişinlərinin və uçuş heyətinin həyat və sağlamlığına real təhlükə yaranıb", - deyə təyyarə ekipajı bildirib.

İçində 95 sərniş və altı ekipaj üzvünün olduğu “Boeing 737” təyyarəsində heç kəs zərər çəkməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!