2 Oktyabr, 2014
Ermənilər Tərtərdə traktoru vurdular

Tərtərdə traktor vurulub.

“Qafqazinfo”ya Tərtər rayon İcra hakimiyyətindən daxil olan məlumata görə, hadisə rayonun Qapanlı kəndində baş verib.

“Hundai” markalı qurğunun yerli suvarma sistemi idarəsini məxsus olduğu bildirilir.

Traktor arx təmizləmə işləri apararkən Ermənistan ordusu tərəfindən atəşə tutulub.

Müxtəlif silahların mərmilərindən bir neçəsi texnikaya dəyərək onu yararsız hala salıb. Traktorun sürücüsü maşını ərazidə qoyaraq oradan uzaqlaşa bilib.

Xoşbəxtlikdən xəsarət alan olmayıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!