2 Oktyabr, 2014
Prezidentdən koreyalı həmkarına TƏBRİK

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti xanım Pak Kın Heyi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Simsar.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım prezident, Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza isə daim əmin-amanlıq və rifah arzulayıram”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!