2 Oktyabr, 2014
Dani Alves İngiltərəyə gedir

“Barselona”nın braziliyalı müdafiəçisi Dani Alves karyerasını “Premyer Liqa”da davam etdirmək niyyətindədir. Simsar.az xəbər verir ki, bu barədə futbolçu özü danışıb. Braziliya mətbuatına məlumat verən Alves gələcək mövsüm İngiltərəyə gedəcəyini bildirib: “Bu, mənim “Barselona”da sonuncu mövsümümdür. İlin sonunda müqavilə müddətim başa çatacaq. Bundan sonra “Premyer Liqa” klublarının birinə keçəcəyəm”.

İspaniya mətbuatının yaydığı xəbərə görə, komandada gəncləşdirmə siyasəti aparan Luis Enrike də yaşı çox olan futbolçuların komandadan getməsinə tərəfdardır. Klubun yetirmələrinin əsas heyətə cəlb edilməsinə çalışan mütəxəssis yeni “Barselona” qurmaq niyyətindədir.

Qeyd edək ki, Dani Alves 2008-ci ildən Katalan təmsilçisinin formasını geyinir. Bu müddət ərzində 31 yaşlı futbolçu 4 dəfə “La Liqa”, 2 dəfə UEFA Çempionlar Liqası qalibi olub.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!