2 Oktyabr, 2014
“A bəy, gəl, səni məclis sədri təyin edim” – Qubad İbadoğluna söz atıldı

“Müsavat Partiyasının seçimli və təyinatlı strukturları formalaşmayıb!”

Bunu Simsar.az-a Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı partiyada aparılan islahatlardan və yeni təyinatlardan danışarkən deyib.

O bildirib ki, Müsavat Partiyasında seçimli və təyinatlı strukturlar var. Bu günə kimi, bunların heç biri formalaşdırılmayıb: “Hələlik bu mərhələyə start verilməyib. Məhz buna görə də heç bir vəzifə təklifi almamışam”.

T.Abbaslı seçkidəki rəqibi Qubad İbadoğlunun “Mənə sədrlik təklif olundu” – açıqlamasına da münasibət bildirib: “Vallah ona bu vəzifəni kimin təklif etdiyini bilmirəm. Partiya nizamnaməsinə uyğun olaraq məclis sədrini 110 məclis üzvü seçir. Partiya başqanı deyə bilməz ki, a bəy, gəl, səni məclis sədri təyin edim. Partiya məclisi seçkili orqandır. Bu orqan da hələlik formalaşmayıb. Kimsə öz adından təklif edə bilər. Bu barədə də heç bir məlumatım yoxdur”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!