2 Oktyabr, 2014
DİN-dən silahlı insident barədə - MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) Bakıda qan düşmənçiliyi zəmində baş verən silahlı insident barədə məlumat yayıb.

Simsar.az nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 1-də Binəqədi rayonu A.Gəraybəyli küçəsində Ağdam rayon sakini Hicran Səfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq, həmyerliləri Rövşən Əliyevə və onun oğlu Ayxana ayaq nahiyələrindən xəsarət yetirib, daha sonra hadisə yerini tərk edib.

H.Səfərov və Ayxan xəstəxanaya yerləşdirilib. Hadisə yerindən 2 ədəd giliz götürülüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!