2 Oktyabr, 2014
Qəzetlərdə şəxsi həyatımla bağlı sərt yazılar yazılır - NAZİR

Simsar.az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində Xarici İşlər Nazirləri Şurasında çıxış çıxışdan sonra parlamentarilərin suallarını cavablandırıb.

Ölkədə QHT rəhbərlərinin həbsinin narahatlıq doğurması ilə bağlı ona ünvanlanan sualı cavablandıran Məmmədyarov bildirib ki, onların fəaliyyəti tələb olunan kimi şəffaf deyil: “Əgər şəffaflıq olarsa, heç bir problem olmayacaq. Bizdə tolerantlıq çox yüksəkdir. Müxalifət qəzetləri mənim şəxsi həyatım, fəaliyyətimlə bağlı çox sərt yazılar dərc edirlər. Məncə, hər kəs bərabər olmalıdır. QHT-lər lazımi qədər şəffaf deyillər. Burada hər hansı toxunulmazlıqdan söhbət gedə bilməz”.

Azərbaycanda siyasi məhbuslarla bağlı suala isə nazir “Azərbaycanda siyasi məhbus yoxdur, bu baxımdan sual da fərziyyədir” - deyərək əlavə şərh verməkdən imtina edib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!