2 Oktyabr, 2014
Məşhur cizgi filminə “irqçilik” mühakiməsi

Məşhur cizgi filmi “Tom və Ceri”nin “irqçi mühakimə” ifadəsi ilə yayımlandığı ortaya çıxıb.

Simsar.az BBC-yə istinadən xəbər verir ki, Amazon internet səhifəsi, 70 il əvvəl çəkilmiş “Tom və Ceri” cizgi filmlərinin bəzilərini irqçi ünsürləri təbliğ etdiyi mövzusundakı xəbərdarlıqla yayımlayır. Cizgi filmi izləmək istəyən şəxs səhifəyə girdiyi zaman  “ “Tom və Ceri” filmi, bir zamanlar Amerikan cəmiyyətində tez-tez rastlanan etnik və irqçi mühakiməni təbliğ edir. Bu mühakimələr o vaxtlarda yanlış idi, bu gün də yanlışdır” ifadəsi ilə qarşılaşır.

Cizgi filminin köhnə bölümlərində qaradərili xidmətçinin yer almasının, verilən xəbərdarlıq üçün bir örnək olduğu bildirilir.

Günel

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!