2 Oktyabr, 2014
Muğam ifaçısından fərqli layihə

Muğam ifaçısı Bəyimxanım Vəliyevanın repertuarında yenilik var. O, “Arazbarı” adlı əsər üzərində işləyir. Simsar.az xəbər verir ki, musiqisi Tahir Əkbərin, sözləri Sona Vəliyevanın olan əsəri Bəyimxanım muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib. Əsərdə bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən söhbət gedir.

“Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça səslənib.

Burada muğam olduğu kimi bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib: “Əsər yaxın vaxtlarda dinləyicilərin ixtiyarına buraxılacaq.Bu sıradan bir mahnı deyil, böyük bir əsər olacaq. Həmin əsərin artıq yekunlaşma işləri gedir. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl bir təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizə təqdim edəcəyik”-deyə Bəyimxanım danışıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!