2 Oktyabr, 2014
Dövlət Musiqili Teatrı gəncləri mükafatlandıracaq

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümə yeni başlasada, artıq mövsüm sonuna maraqlı sürprizlər hazırlayır. Belə ki, teatrda çalışan gənc aktyorların, aktrisaların yaradıcılıq həvəsini, əzmini, istedadını dəyərləndirmək məqsədilə teatrın daxili imkanları hesabına yeni mükafat təsis edilib. Mövsüm ərzində uğurları ilə seçilən gənc sənətçilər “İlin ən yaxşı gənc aktyoru” və “İlin ən yaxşı gənc aktrisası” nöminasiyaları üzrə mükafatlandırılacaq.

Bunda başqa, xalq artisti Afaq Bəşirqızı tərəfindən “Bəşir Səfəroğlu adına mükafat” da təsis edilib ki, bu da mövsümün sonunda ən yaxşı aktyor və aktrisaya təqdim ediləcək.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!