2 Oktyabr, 2014
Ermənilər azərbaycanlının meyitini qaytardı

Ermənilər tərəfindən öldürülən Azərbaycan vətəndaşı Həsən Həsənovun meyiti Azərbaycana qaytarılır

Simsar.az xəbər verir ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə H.Həsənovun meyiti Ağdam rayonunun Başqərvənd kəndi yazınlığında təmas xəttində Azərbaycana təhvil verilir.

Qeyd edək ki, iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!