2 Oktyabr, 2014
“Milli Şuranın mitinqini dəstəkləmək, borcumuzdur” – SƏRDAR CƏLALOĞLU

“Mən Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzinin adından söz demə hüququna malik deyiləm. Gərək mərkəz özü toplanıb qərar versin. Orada müxtəlif partiyalar və fərqli mövqelər olduğu üçün ümumi fikri ifadə edə bilmərəm”.

Bunu Simsar.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Demokratiq Qüvvələrin Milli Şurasının oktyabrın 12-ə təyin etdiyi mitinqdə təmsil olunduğu  Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzinin iştirakından danışarkən deyib.

Partiya sədri bildirib ki, vətəndaşların hüquqlarının qorunması üçün atılan hər bir addımı dəstəkləmək, hər bir azərbaycanlının borcudur: “İnsan hüquqlarının qorunması naminə Milli Şuranın keçirəcəyi mitinq, mühüm hüquqlardan biridir. Bu baxımdan onu dəstəkləməmək mümkün deyil”.

S.Cəlaloğlu sədirlik etdiyi ADP-nın mitinqə dəstək verməsi məsəsləsinə də toxunub: “Biz partiya olaraq bu mitinqdə iştirak etməyəcəyik, çünki bizə mitinqdə iştirak etmək üçün dəvət göndərilməyib. Həm də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ADP ilə əməkdaşlıq etməkdə meyilli görünmür. Buna görə də biz, mitinqdə iştirak etməyəcəyik.

Hüseyn İbadlı

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!