2 Oktyabr, 2014
Təhsil Nazirliyindən müəllimlərə XƏBƏRDARLIQ

Təhsil Nazirliyi oktyabrın 5-də keçiriləcək “Müəllimlər günü” ilə bağlı pul yığılması haqda yayılan məlumatlara cavab verib.

Bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Simsar.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Cəsarət Calehov özünün facebook hesabında bildirib. O bildirib ki, “Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan bizim 146 saylı qaynar xəttimizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Biz adı ilə müraciət etməyi öyrənməliyik”.

 

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!