2 Oktyabr, 2014
Foruma ermənilərin dəvət edildiyi təsdqiləndi – RƏSMİ

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Qəbələ şəhərində öz işinə başlayan “Nifrət Nitqinə Yox Hərəkatı” Forumunda Ermənistan nümayəndə heyətinin iştirak etməsi ilə bağlı sualı cavablandırıb.

Simsar.az-ın məlumatına görə, nazir müavini İntiqam Babayev jurnalistlərə açıqlmasında bildirb ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi üzərinə götürəndə bir sıra məsuliyyətləri də öhdəsinə götürüb: “Azərbaycan sədrliyi dövründə bəyan edib ki, milli, dini, irqi zəmində heç bir ölkə arasında ayrı-seçkilik ola bilməz. Qəbələ rayonunda keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu Avropa Şurasının tədbiri olduğuna görə burada heç bir ölkənin iştirakına məhdudiyyət qoya bilmərik. Tədbirə dəvət olunan 47 ölkə nümayəndələri arasında Ermənistan nümayəndələri də var və onların iştirakı da gözlənilir”.

O bildirib ki, onların növbəti günlərdə müxtəlif müzakirə və panellərdə iştirakı gözlənilir.

Qeyd edək ki, bu gün başlayan Forum oktyabrın 5-də yekunlaşacaq.

Ramil Məmmədli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!