2 Oktyabr, 2014
İsti qır qazanına düşən iti ölümdən belə xilas etdilər - VİDEO

Bu təsirli video Hindistanın Racastan ştatında çəkilib.

Belə ki, isti qır qazanına düşən itin köməyinə yerli sakinlər gəlib. Yapışqan maddə itin bədənini əhatə edib və məhlul soyuduqdan sonra onun hərəkət etməsini çətinləşdirib. Yoldan keçən insanlar zavallı heyvanın yerdə hərəkətsiz qaldığını görərək xilasedicilər çağırıblar.

Qırın içində uzanan heyvanının köməyinə gələn xilasedicilər düz 2 gün 3 saat onun bədənini masaj etməklə qırdan təmizləyə biliblər. Bunun üçün xilasedicilərə qırın yumşaltmaq üçün tərəvəz yağından istifadə etmək lazım gəlib. Xilasetmə işləri zamanı isə it yerində sakitcə dayanıb.

İki gün qırı təmizləməklə məşğul olan xilasedicilər itin bədənini qaya parçası kimi sərt olduğunu bildiriblər.

Videonun sonunda isə itin qırdan tamamilə azad olduğu və gümrah olduğu görünür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!