2 Oktyabr, 2014
Azərbaycanda keçirilən foruma erməni gənclər dəvət edildi - AÇIQLAMA

“Qəbələdə keçirilən “Nifrət nitqinə Yox hərəkatı” beynəlxalq Forumuna Ermənistandan olan gənclər də dəvət edilib”.

Simsar.az-ın məlumatına görə, bunu hazırda Qəbələ şəhərində keçirilən “Nifrət nitqinə Yox hərəkatı” Forumu çərçivəsində jurnalistlərə açıqlmasında bu kompaniyanın Avropa üzrə rəbəri Rui Qoneş deyib.

R. Qoneş hələlik erməni gənclərin Foruma qatılmadığınıda da söyləyib.

Onun sözlərinə görə, bu forumu keçirməkdə məqsədlərimizdən biri  müharibə şəraitində yaşayan  gəncləri sülhün həllində aktiv iştirakadəvət etməkdir: “Həqiqət ən böyük diplomatiyadır.Forumda panellərimzin birini  də  “Nifrət niqti”nin aradan qaldırmasına həsr edəcəyik”.

O bildirib ki, kampaniyabu ölkə gəncləri arasında sülhün bərqərar olmasına təkan verməkdir.

 

Ramil Məmmədli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!