2 Oktyabr, 2014
Qızılı "iPad" satışa çıxarılır

Apple şirkəti oktyabr ayında gümüşü və boz rənglərdə olan "iPad" planşetləri seriyasına daha birini əlavə edəcək. Qızılı korpuslu cihazın Apple-ın istehsal xəttinə marağı artıracağı gözlənilir. Qeyd edək ki, "iPad" planşetlərinin satış həcmi üçüncü rüb ardıcıl azalır. 2014-cü ilin birinci rübündə "Apple" 26,035 milyon, ikinci rübdə 16,35 milyon, üçüncü rübdə 13,276 milyon planşet satıb.

 

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!