2 Oktyabr, 2014
DÇ: Azərbaycan Dominikan Respublikasına qarşı

İtaliyada qadın voleybolçuların Dünya Çempionatı davam etməkdədir. Simsar.az xəbər verir ki, bu gün yarışda 2-ci mərhələnin 2-ci turunun oyunları baş tutacaq.

Ötən gün meydan sahiblərinə uduzan Azərbaycan millisi bu dəfə Dominikan Respublikası ilə üz-üzə gələcək. Milli komandamız bu matçı da məğlubiyyətlə başa vuracağı təqdirdə növbəti mərhələ imkanları xeyli çətinləşdirəcək. Turnir ərzində bütün oyunlarını qələbə ilə başa vuran amerikalılarla görüşdə Aleksandr Çervyakovun yetirmələri çətin vəzifəsnin öhdəsindən gəlməyə çalışacaqlar.

20:00. Dominikan Respublikası - Azərbaycan

Bari. "PalaFlorio" salonu.

Seçməmizin yer aldığı qrupda daha üç matç keçiriləcək.

20:10. Almaniya - Yaponiya

Trieste. "PalaTrieste" salonu.

23:00. İtaliya – Belçika

Bari. "PalaFlorio" salonu.

23:00. Xorvatiya - Çin

Trieste. "PalaTrieste" salonu.

 

Vüsal Məmmədzadə

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!