2 Oktyabr, 2014
Putin Bakıdakı foruma məktub ünvanladı

Rusiya prezidenti Vladimir Putinin IV Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Simsar.az Rusiya KİV-inə istinadla xəbər verir ki, prezidentin məktubunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oxuyub.

Təbrik məktubunda qeyd edilib: “Forum biri neçə il ərzində mötəbər tədbirlərdən birinə çevrilib. Bakı Beynəlxalq Humanitar Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platformalardan birinə çevrilib. Əminəm ki, forumda gələcək üçün olduqca faydalı müzakirələr aparılacaq, tövsiyələr səsləndiriləcək. Tədbirdə çoxsaylı nümayəndə heyətlərinin iştirakı buna şərait yaradır”.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!