2 Oktyabr, 2014
Əməkdar rəssamın sərgisi açılacaq

Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar Rəssam Arif Ələsgərovun 70 illik yubileyi münasibətilə sərgisi açılacaq.

Simsar.az  xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunacaq.

Arif Ələsgərov Ə.Əzimzadə adına rəssamlıq məktəbində və V.İ.Muxina adına Sankt-Peterburq Ali Bədii-Sənaye Akademiyasında təhsil alıb. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində, Polşada, Macarıstanda, Yaponiyada şəxsi kolleksiyalarda saxlanılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!