2 Oktyabr, 2014
Bakıda “Türkiyə caz festivalı” keçiriləcək

Xəbər verdiyimiz kimi oktyabrın 10-dan 16-dək Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda “Türkiyə caz festivalı” keçiriləcək.

Simsar.az xəbər verir ki, festival çərçivəsində oktyabrın 12-də Bakı Caz Mərkəzində Türkiyənin məşhur “Hijazz” qrupu tamaşaçılar qarşısında çıxış edəcək. Konsertə giriş sərbəstdir.

Qeyd edək ki, “Hijazz” qrupu Türkiyənin ən yaxşı musiqiçilərini bir araya gətirən bir layihədir. “Hijazz” qardaş ölkənin caz musiqisini dünyaya tanıda ən məşhur qruplardandır. Qrup Türkiyədə və xarici ölkələrdə keçirilən bir çox festivallarda iştirak edib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!