2 Oktyabr, 2014
TQDK sədri qəbul keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, qəbulda Naftalan şəhər sakinləri ilə yanaşı Mingəçevir və Goranboy şəhər sakinləri də iştirak edə bilərlər.

Qəbul sentyabrın 11-də saat 11:00-da Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına (eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələridirlər.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Naftalan, Mingəçevir və Goranboy şəhər təhsil şöbələrinə, eləcədə TQDK-nın Gəncə Regional Bölməsinə müraciətə edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Aysel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!