2 Oktyabr, 2014
“Qalatasaray” və “Liverpul” uduzdu, “Real” və “Atletiko” qalib gəldi – VİDEO

Ötən gün UEFA Çempionlar Liqasında 2-ci tura yekun vurulub. Simsar.az xəbər verir ki, 4 qrupda ümumilikdə 8 görüş baş tutub.

Gecənin ən maraqlı oyunlarından biri Londonda keçirilib. Burada “Arsenal” “Qalatasaray”ı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən matç ingilis klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər  maraqlı oyununda Madrid “Atletiko”su “Yuventus”u qəbul edib. Arda Turanın vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.

Günün bütün nəticələrini təqdim edirik:

A qrupu

"Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) - 1:0

Qol: Arda Turan, 72 (1:0)

"Malmö" (İsveç) - "Olimpiakos" (Yunanıstan) - 2:0

Qollar: Rosenberq, 42, 82.

B qrupu

"Bazel" (İsveçrə) - "Liverpul" (İngiltərə)  - 1:0

Qol: Streller, 52 (1:0)

"Ludoqorets" (Bolqarıstan) - "Real" (Madrid, İspaniya) - 1:2

Qollar: Marselinyo, 6 (1:0), Ronalod, 24-pen. (1:1), Benzema, 77 (1:2)

C qrupu

"Zenit" (Rusiya) - "Monako" (Fransa) - 0:0

"Bayer" (Leverkuzen, Almaniya) - "Benfika" (Portuqaliya)  - 3:1

Qollar: Keblinq, 25 (1:0), Sonq Hunq, 34 (2:0), Salvio, 62 (2:1), Çalhanoğlu, 63 (3:1)

D qrupu

"Anderlext" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya)  0:3

Qollar:İmmobile, 24 (0:1), Ramos, 69 (0:2), 79 (0:3)

"Arsenal" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 4:1

Qollar: Uelbek, 22 (1:0), 30 (2:0), Sançez, 41 (3:0), Uelbek, 52 (4:0), Burak Yılmaz, 63 (4:1)

Qırmızı vərəqə: Şesni, 60 ("Arsenal)

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!