2 Oktyabr, 2014
Metro xəbərinə FHN-dən rəy

Ötən axşam Bakı metropoliteninin Sahil stansiyasında partlayıcı qurğu olması barədə polisə və FHN-ə annonim məlumat daxil olmuşdu. Simsar.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi hadisə barədə rəsmi açıqlama yayıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı metropoliteninin “ Sahil ” stansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 23:54-də başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!