1 Oktyabr, 2014
“Sahil” metrosunda bomba həyəcanı- Foto

Bakıda “Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Simsar.az APA-ya istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra hadisə yerinə Səbayel Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub.

Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkarlanmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!