1 Oktyabr, 2014
Jirinovskinin maşınını əzdilər - FOTO

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Ukraynada yığma qoşun döyüşçülərinə hədiyyə etdiyi "Tiqr" zirehli avtomobili yol-nəqliyyat hadisəsində əzilib.

Simsar.az-ın məlumatına görə, möhkəm əzilmiş maşının şəkli sosial şəbəkələrdə yayılıb.

Zirehli avtomobil döyüşdə vurulmayıb. Təxmin edilir ki, maşın istismarın gedişatında zədələr alıb. Zirehli avtomobil əvvəlki kimi hərəkət edir və rusiya meyilli separatçıların xidmətindədir.

Daha əvvəl bildirildiyi kimi, Jirinovski 2014-cü il may ayında separatçı Luqansk Xalq respublikasına hərbi avtomobil hədiyyə edib. Maşın xüsusi metaldan hazırlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!