1 Oktyabr, 2014
Prezidentin müşavirinə tort atdılar - VİDEO

Ukrayna Baş Prokuroru səlahiyyətlərini icra etmiş "Azadlıq" millətçi partiyasının üzvü Oleq Maxniçskiyə Kiyevdə mətbuat konfransında tort atıblar.

Simsar.az-ın məlumatına görə, beş nəfər aksiya iştirakçısı heç bir tələb irəli sürməyib.

Ukrayna prezidentinin müşaviri hadisə zamanı zərər çəkməsə də yalnız pencəyi bir az batıb.

Tort siyasətçiyə atılan zaman Maxniçski cəld tərpənərək hədəfdən yayına bilib. Milis hadisədə iştirak edən iki dələduzu saxlaya bilib.

Oleq Maxniçski mətbuat konfransının gedişatında bildirib ki, ona qarşı informasiya kampaniyası açılıb və onu gözdən salmağa çalışan qüvvələr var. O, istisna etməyib ki, bu işdə onun Baş prokurorluğun başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı zaman istintaq apardığı insanlardan kiminsə əli ola bilər.

Qeyd edək ki Ukrayna Baş Prokuroru səlahiyyətlərini icra etmiş Oleq Maxniçskini iyunun 18-də Vitali Yarema əvəz edib. Növbəti gün Ukrayna prezidenti Pyotr Poroşenko Maxniçskini öz məsləhətçisi təyin etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!