1 Oktyabr, 2014
Tələbəni maşın vurdu

Göyçayda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Heydər Əliyev prospektində, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında baş verib.

Mingəçevir sakini Həmzə Səlimov idarə etdiyi 90-JT-268 dövlət nömrə nişanlı “Fiat Doblo” markalı maşınla yolu keçən piyadanı, Göyçayın Şəkər kənd sakini 1999-cu il təvəllüdlü Əliyev Cümşüd Cəmşid oğlunu vurub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi Cümşüd Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!