11 Aprel, 2011
MÜXALİFƏTƏ KEÇƏNLƏR HƏQİQƏTƏNMİ YAP-ÇILARDIR?

Hakim Partiya araşdırma aparır 

Yeni Azərbaycan Partiyası (YAP) müxalifət partiyalarının təmsil olunduğu İctimai Palataya keçən qəbul edilən Nüşabə Atakişiyeva və Araz Əliyevin hakim partiyanın üzvü olub-olmadıqlarını araşdırır. 

Simsar.az-ın sorğusuna cavab olaraq YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, hər iki şəxsin hakim partiyanın üzvü olub-olmadığı araşdırıldıqdan sonra onlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

İctimai Palatanın aprelin 9-da keçirilən toplantısında Nüşabə Atakişiyeva və Araz Əliyev müxalifətin birliyini qoşulub. Onlar bu addımı 6 noyabr 2010-cu ildə keçirilən parlament seçkilərində baş verən qanun pozuntularına etiraz olaraq atdıqlarını bəyan ediblər.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!