1 Oktyabr, 2014
Prezident BMT rəsmisi ilə görüşdü

Bu gün Azərbaycan prezidenti İlham Əliyev BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Simsar.az-ın xəbərinə görə, dövlət başçısı ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb.

Xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!