1 Oktyabr, 2014
SON DƏQİQƏ: Türk qırıcıları İŞİD üçün havalandı

İŞİD-in Suriyanın şimalında Kobani şəhərini ağır artilleriya ilə mühasirəyə alması türk ordusunu hərəkətə gətirib.

Simsar.az xəbər verir ki, Türkiyənin qarşıdurma yaşanan bölgələrlə sərhəd ərazilərdə türk ordu qüvvələri hazır vəziyyətə gətirilib.

Türk mətbuatında yer alan xəbərlərə görə, Suriya sərhədində patrul xidmətinə çıxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar bölgəni nəzarətdə saxlayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!