1 Oktyabr, 2014
Neftçi” “Dnepr”in qapıçısını heyətinə qatdı

“Neftçi” klubu heyətini  yeni qapıçı ilə gücləndirib. Simsar.az Qol.Az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Ukraynanın “Dnepr” klubunun gənclərdən ibarət komandasının üzvü Maksim Vaylo  “Neftçi”nin uğurları üçün çalışacaq. O, üç həftə baxışdan keçdikdən sonra komandaya cəlb olunub.

Qeyd edək ki, 19 yaşlı qapıçı 21 yaşadək futbolçulardan iabrət milli komandamıza da dəvət olunub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!