1 Oktyabr, 2014
Nobel mükafatçıları BAKIDA

Nobel mükafatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar. Simsar.az xəbər verir ki, onların Bakıya gəlməsi IV Bakı Beynəlxalq Humanitar Forumunu ilə bağlıdır.

Foruma dünyanın bir çox alimləri, həmçinin Nobel mükafatçıları Robert Laflin, Corc Smut və başqaları qatılıblar.

Nobel mükafatçıları elmi müəssisənin direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüblər.

Görüşdə məqsəd Fizika İnstitutunun elmi fəaliyyəti ilə yaxından tanış olmaq olub. Daha sonra direktor N.Məmmədov qonaqları elmi müəssisənin əməkdaşlarının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fonduna təqdim etdikləri layihə çərçivəsində alınmış cihazlarla, həmçinin, alimlərin elmi fəaliyyətləri ilə tanış edib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!