1 Oktyabr, 2014
Şəmkirdə ev partladı

Azərbaycanın Şəmkir rayonunda ev partlayıb.

Simsar.az xəbər verir ki, hadisə dördmərtəbəli binanın 3-cü mərtəbəsində baş verib.

Belə ki, bu mənzildə qaz sızması vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m olan 1 otaqlı mənzilin mətbəxində partlayışa səbəb olub.

Partlayış nəticəsində 2-ci mərtəbədəki mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş və iki azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən mənzildən çıxarılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!