1 Oktyabr, 2014
Matsarri: “Qarabağ”la oyunda günahımızı yumağa çalışacağıq”

“Kalyari”yə böyük hesabla uduzduq. Futbolda belə məğlubiyyətlə qaçılmazdır. Azarkeşlərimizə bizi sona qədər dəstəklədiklərinə görə təşəkkür edirəm. Onlar bu məğlubiyyətə layiq deyildilər”. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Valter Matsarri deyib.

Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də "Qarabağ"la qarşılaşacaq İtaliya təmsilçisinin çalışdırıcısı komandasının son oyunlardakı çıxışından danışıb: “Hamımız son turdakı məğlubiyyətə görə üzgünük. Günahımızı yumaq üçün sabah “Qarabağ”a qarşı gözəl oyun göstərməliyik. Bu matçdakı qələbə azarkeşlərimizi sevindirəcək. Avropa Liqasında da uğur qazanmaq istəyirik. Sonra isə “Fiorentina”nı Florensiyada məğlub etmək haqqında düşünəcəyik. Bu matçlar hər ikisi vacibdir. Hesab edirəm ki, biz yaxşı komandayıq və öz gücümüzü sübut edəcəyik.  Yenidən özümüzə olan inamı qaytarmalıyıq və “döyüşməliyik”. ”

Matsarri Mauro İkardinin vəziyyətinin yaxşı olduğunu bildirib: “İkardinin olmaması bizim üçün bir az problemlər yaradır. Amma hazırda o sağlamdır. O, ötən ilki mövsümdə çox ağır günlər keçirdi. İndi sağlamdır və qarşıdakı oyunlarda bizə kömək edəcək. İkardi daim texnikası və ağlı ilə “İnter”ə kömək edir. Mateo Kovaçiç də komandamıza kömək edəcək”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!