1 Oktyabr, 2014
Ərdoğanın qızı AKP-dən istefa verdi

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan, Ədalət və İnkişaf Partiyası (AKP) ümumi başqan müşavirliyi vəzifəsindən istefa verib.

Simsar.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, Prezident Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan, AK Partiya Ümumi Başçı Müşavirliyi vəzifəsindən istefa edib. 4 ildir əməkhaqqı almadan bu vəzifəni icra edən Süməyya Ərdoğan bu addımı Qeyri Hökumət Təşkilatlarındakı (QHT) fəaliyyətlərinə xələl gətirməmək üçün atıb.

Atası Tayyib Ərdoğanın AK Partiyaya ümumi sədrlik etdiyi dövrdə ümumi baqan müşavirliyi vəzifəsini yerinə yetirən Süməyya Ərdoğan, vəzifədə olduğu müddətdə “qarayaxma” kampaniyalarının hədəfi olub.

Maaş almamasına baxmayaraq, ona "25 min Avro maaş alır" – böhtanı atılıb.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!