1 Oktyabr, 2014
Mədəniyyətlərin mübadiləsinə səy göstərirəm – KOREYA SƏFİRİ

“İki ölkə arasında mədəniyyət mübadiləsinin həyata keçirilməsi üçün əlimdən gələni əsirgəmirəm”.

Bunu Simsar.az-a Cənubi Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Çoi Suk-in deyib.

O bildirib ki, Bakıda Koreya mədəniyyətini və incəsənətini əks etdirən  konsertlərinin təşkil olunması iki ölkə arasında mövcud olan əməkdaşlığın inkişafına öz töhfəsini verəcək: “Bu cür tədbirlərin təşkili xalqların anlaşmasına əsaslanır. Məhz buna görə də biz, hər il Azərbaycana Koreyanın musiqi və rəqs qruplarını dəvət edirik”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!