1 Oktyabr, 2014
“İnter” daha 3 futbolçusunu itirdi

UEFA Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “İnter” oyun öncəsi daha 3 futbolçusunun xidmətindən məhrum olub. Simsar.az xəbər verir ki, bunlar Nemanya Vidiç, Mateo Kovaçiç və Dododur. İtaliya “A Seriya”sının son turu çərçivəsində “Kalyari” ilə baş tutan görüşdə zədələnən futbolçuların Ağdam klubuna qarşı forma geyinə bilməyəcəyi dəqiqləşib.

Xatırladaq ki, Milan təmsilçisi bundan əvvəl Kampanyaro və Jonatanın da xidmətindən məhrum olmuşdu.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!