11 Aprel, 2011
Üçlük İrəvandan Bakıya gələcək

Vasitəçilər hazırda Ermənistandadır

Bakı. Habil Süleymanov-APA. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, vasitəçilər Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) bu gün və sabah İrəvanda dövlət başçısı Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. İrəvandakı görüşləri başa vurandan sonra Minsk Qrupu həmsədrlərinin aprelin 13-də Bakıya gələcəkləri gözlənilir. 

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya bildiriblər ki, vasitəçilərin Azərbaycan paytaxtında görüşləri nəzərdə tutulur və hazırda bu təmasların gündəliyi planlaşdırılır. Regiona səfər çərçivəsində həmsədrlərin Xankəndini də ziyarət edəcəkləri gözlənilir. İrəvan və Bakıda danışıqlar zamanı cəbhə xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi və dövlət başçılarının Soçi görüşü zamanı əldə olunmuş razılaşmaların icrası vəziyyəti müzakirə ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!