1 Oktyabr, 2014
Dayanacaqlardakı monitorlar niyə normal işləmir? – SƏBƏB

Bakıda intellektual idarəetmə sisteminin işə düşməsindən artıq 3 ilə yaxın müddət keçir. Bununla əlaqədar olaraq dayanacaqların yenilənməsi və avtobuslarda monitorların quraşdırılsa da monitorların əksəriyyəti ya işləmədi, ya da avtobusların dayanacağa çatacaqları vaxtı tamamilə fərqli göstərir.

Məsələ ilə əlaqədar Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən münasibət öyrəndik.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı dayanacaqlarda işləməyən monitorların yaxınlığında tikinti işləri, kanalizasiya sisteminin yenilənməsi kimi bərpa işləri aparılması səbəbindən həmin avadanlıqların kabellərinin  zədələndiyini deyir.

Onun sözlərinə görə, tikinti-təmir işləri aprılan ərazidə yerləşən avadanlıq ya  tamamilə işləmir yaxud səhv məlumat ötürülməyə başlayır.

Hansı qurum avadanlığın yerləşdiyi əraziyə yaxın məsafədə təmir işləri aparırsa Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə xəbərdarlıq edir və biz avadanlığı  dərhal söndürürük. Bəzən isə bizə məlumat verilmədən tikinti işləri aparılır avadanlıq zədələndikdən sonra bizim avadanlıqla əlaqəmiz kəsilir, bu barədə bizə xəbərdarlıq edən olmur. Buna görə də tabloları əvvəlki vəziyyətinə qaytarmaq bir az vaxt aparır.

Tikinti işləri aparılmayan ərazaidə avtobusların gəlimə vaxtını səhv göstrən avadanlıqlara gəlincə isə Mərkəzin mətbuat xidmətinin rəhbəri işləməyən monitorlarla bağlı günahın avtobus sürücülərində olduğunu deyir.

“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə xəttə buraxılan maşrutlar üzrə avtobusların istiqamətləri əvvəlcədən göndərilir. Biz isə o istiqamətləri sistemə daxil edirik dayanacaqdakı avtobvuslara məlumat ötürürük. Lakin, sürücü  marşrut istiqamətini dəyişir, yolda avtobusu saxlamamalı olduğu halda fasilə edir, yaxud yolunu qısaltmaq üçün tamamilə başqa bir küçədsən hərəkət edir. Bu zaman isə dayanacaqdam maşrutun gəlmə vaxtı həmin avtobusun yox ondan sonrakı avtobusun gəlmə vaxtını göstərir. Nəticədə isə sərnişinlərdə çaşqınlıq yaranır. Bunun səbəbi isə avtobus sürücülərinin təyin olunmuş istiqaməti dəyişməsindədir”.

Ş.Mehmanqızımın sözlərinə görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin “141 qaynar xətti”nə daxil olmuş şikayətlər əsasında təkcə iyul ayı ərzində  qaydanı pozmiuş 2 nəfər sürücü işdən kənarlaşdırılıb, 4 nəfərə töhmət, 2 nəfər isə şiddətli töhmət verilib. 120 avtobus sürücülərinə isə xəbərdarlıq edilib.

“Ümumilikdə isə 2015-ci il Olimpiya oyunları keçirilənə qədər sürücülərə maaş tətbiq olunacaq və onlar vaxt plan üzrə işləməyəcəklər. Kart sisteminə tamamilə keçdikdən sonra istiqaməti dəyişən sürücülərimiz və NİM –in də onlar görə bu cür problemləri olmayacaq”.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!