30 Sentyabr, 2014
Tanınmış azərbaycanlı müğənni xəstəxanalıq oldu -ÖZƏL - FOTOLAR

Simsar.az xəbər verir ki, beynəlxalq müsabiqələr laureatı, "Ustad sənətkar" titulunun sahibi, tanınmış estrada müğənnisi Murad Sadıx hal-hazırda həkimlərin ciddi nəzarəti altındadır.  Ötən gecə Təcili tibbi yardımın əməkdaşları tərəfindən Bakı Sağlamlıq Mərkəzinə çatdırılmış Muradı əməkdaşımız gecə vaxtı ziyarət edib:

"Evdə qəfildən əhvalım dəyişdi. Valideynlərim bir az da gec təcili yardıma zəng etsəydilər,  bəlkə indi həyatda yox idim. Göydə Allah,  yerdə həkimlərimiz köməyimə çatdılar.

Məni çətin vəziyyətdən xilas edən Sağlamlıq mərkəzinin baş həkimi Tərlan müəllim olmaqla bütün əməkdaşlara öz təşəkkürümü bildirirəm. Onların məsləhəti ilə daha bir neçə gün xəstəxanada yatmalıyam.

Məni sevənlərə səslənib deyirəm narahat olmasınlar. İnşAllah tezliklə sağlamlığımı bərpa edəcəyəm".

Qeyd edək ki, Murad Sadıx bu günlərdə "Daha nələr" adlı mahnısını dinləyicilərə təqdim edib. Müğənni dedi ki, sözləri Sevinc Şirinə, musiqisi Sevinc Tağıyevaya məxsus olan bəstəyə xəstəxanadan çıxandan sonra klip çəkdirəcək.

Şahin Cavadsoy

Simsar.Az

Fotolar müəllifindir

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!