11 Aprel, 2011
Sədr ərizəsiylə vəzifəsindən getdi

Həmkarlar İttifaqı Komitəsində növbəti dəyişiklik

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Məclisi keçirilib. Məclisdə təşkilati məsələyə baxılıb.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Yaşar Qabil oğlu Yusubov öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib, Telman Nəsirullah oğlu Quliyev Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.
Məclisin iclasında AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edib.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!