30 Sentyabr, 2014
Tolikin vəkili: "Natavan niyə toy-bayram edir? " - SƏRT AÇIQLAMA

Simsar.az xəbər verir ki, tanınmış prodüser Tarix Tahir oğlu Əliyevlə (Tolik ) müğənni Natavanxanım Şamil qızı Həbibova (Natavan Həbibi) arasında davam edən məhkəmə prosesi sona çatması haqda xəbər vermişdik.

Jurnalistlərə açıqlama verən müğənni özünü qalib kimi göstərməyə çalışması qarşı tərəfin sərt reaksiyası ilə nəticələndi.

Ölkənin əsas prodüseri Tolikin vəkili Rövşən Mərəndskiy oxucularımızın nəzərinə bunları çatdırdı:

"Məhkəmənin çıxardığı qərarla qətiyyən razı olmadığımızı açıqlamışdıq.

Bu qərarı qanunsuz və əsassız hesab etdiyimiz üçün Apellyasiya məhkəməsinə şikayət edəcəyik. Yekun qərar hələ əldə olunmayıb, Natavan niyə toy-bayram edir?

Bu bizim son görüşümüz deyil.

Tolik, hər bir azərbaycanlının etirazına səbəb olacaq addım atıb. O, Laçının işğalı günü Natavanın konsert vermək istəyini qınamışdı.

Hüquqlarını müdafiə etdiyim prodüserin necə vətənpərvər olmasını xatırlatmağa lüzum görmürəm.

İnşAllah Apellyasiya Məhkəməsində haqq- ədalət öz yerini tapacaq".

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!